Olay
Olay

Qara pedikürü tənqid edildi

Qara pedikürü tənqid edildi

Dünyaca məşhur futbolçu Kristiano Ronaldo və sevgilisi Corcina Rodriqes övladları ilə İtaliyada istirahət edir.

OLAY yazır ki, cütlük istirahətdən olan fotoları "İnstaqram" hesablarında yayımlayıblar. 

Görüntülər qısa zaman ərzində müzakirə mövzusuna çevrilib. 

Buna səbəb isə futbolçunun etdirdiyi pedikür olub. 

Fotolarda idmançının ayaq dırnaqlarının qara boya ilə boyandığı görünür. Buna görə şərhlərdə Ronaldo tənqid edilib.

Bəziləri isə qeyd edib ki, futbolçular tez-tez xüsusi gücləndirici dırnaq boyasından istifadə edirlər, çünki ayaqları məşq və futbol matçları zamanı xüsusi çəkmələrdə zədələnir.

Lakin futbol mütəxəssisləri bunun dırnaq boyası deyil, dırnaqları zədədən sonra bərpa edən xüsusi örtük olduğunu bildiriblər.