Olay
Olay

Mükafat gecəsində ərini ağlatdı - Video

Mükafat gecəsində ərini ağlatdı - Video

Dünən “GQ Türkiye Men of the Year 2021” mükafatlandırma mərasimində kövrək anlar yaşanıb. 

OLAY yazır ki, gecədə “İlin qadını” seçilən aktrisa Öykü Karayel səhnədə çıxışı zamanı hər kəsi duyğulandırıb. 

Öykü “bütün stressimi, ağrılarımı götürüb sinəmdə yumşaldan sevdiyim həyat yoldaşıma təşəkkürlər”,- deyərkən onun müğənni həyat yoldaşı Can Bonomo göz yaşlarını saxlaya bilməyib. 

Qeyd edək ki, C.Bonomo və Ö.Karayel 2018-ci ildə evlənib.  Onların bu nikahdan bir oğlan övladı dünyaya gəlib.