Olay
Olay

Bakı konsertinə nə qədər bilet satılıb?

Bakı konsertinə nə qədər bilet satılıb?

“Imagine Dragons”un konsertinə satılan biletlərin sayı məlum olub.

OLAY-ın əldə etdiyi məlumata görə, ümumilikdə gecəyə 23 min bilet satılıb. Əlavə yerlərin açılacağı gözlənilir.

Qeyd edək ki, 2 sentyabrda “Baku Crystall Hall”da səhnəyə çıxacaq qrupun konsertinə ayaqüstü zona üçün biletlər 50 manatdan 450 manatadək dəyişirdi. VIP zonada əyləşmək üçün isə tamaşaçılar 435 manatdan 1100 manatadək pul ödəyib.

Onu da bildirək ki, “Imagine Dragons” dünya turnesi çərçivəsində Bakıda çıxış edəcək. Şou iyulun sonunda başlayacaq dördlüyün Las Veqasdan dünya turunun bir hissəsi olacaq.

66 milyon albom, 55 milyon rəqəmsal mahnı və 110 milyard yayım satışı ilə onlar tarixdə dörd RIAA Diamond sinqlı qazanan yeganə qrupdur və solist Den Reynoldsa qarşı böyük maraq var.

Billboard-a görə onilliyin ən yaxşı üç rok mahnısına sahibdirlər: “Believer”, “Thunder” və “Radioactive”.

Qrup, inanılmaz enerji ilə yüklənmiş və həmişə inanılmaz şoularla dəstəklənən orijinal, möhtəşəm çıxışlarına görə dünyada milyardlarla insan tərəfindən sevilir.