Xalq artisti Tünzalə Ağayeva 20 il öncəki görüntülərini paylaşıb.
OLAY yazır ki, sənətçi posta maraqlı şərh verib. O, fotolarına bu sözləri yazıb:
“Budur, başı çalmalı , yaylıqlı Tünzalənin 20 İL öncə çıxan ilk albomu artıq bütün rəqəmsal platformalarda.
İlk imicimin müəllifləri əziz Zümrüd Mirzəliyeva və prodüserim Yalçın Cabbarovun yaxından iştirakı oldu. Nəticədə Tünzalə obrazı yaddaşlara həkk olundu. Gənc qızlar arasında yaylıq tendesiyasını yayıldı. Albomun musiqi prodüseri Vaqif Gərayzadə , aranjımanı Əvəz Muradovundur”.