Xalq artisti Brilliant Dadaşova Gədəbəydən yayılan qalmaqallı görüntülərə münasibət bildirib.
OLAY yazır ki, bununla bağlı sənətçi instaqramda paylaşım edib. O, yaşlı qadınlara edilənləri qəti şəkildə qınayıb:
“Əminəm ki, bu vicdansızlar tezliklə cəzalandırılacaqlar. Görüntülər mənə Xocalı Soyqırımını xatırlatdı. Oğlan, qarşındakı anan, bacındır, bunu unutma”.