Ötən gün mövsümün iki iddialı serialı sezon finalı edib.

OLAY yazır ki, rəqib ekran işləri “Kızılcık şerbeti” və “Yalı çapkını” izləyiciləri ilə bu mövsümlük vidalaşıb. 

Sezonun iki iddialı finalı...“Yalı çapkını”nda Ferit obrazının vurulması sosial şəbəkələrdə gündəm olub. Çox istifadəçi Mert Ramazan Demirin canlandırdığı qəhrəmanın yaşayacağını düşünsə də, onun öldüyünü deyənlər də olub.

Sezonun iki iddialı finalı...“Kızılcık şerbeti”ndə isə Doağnın ona xəyanət edən Fatihdən intiqam aldığı və doğuş zamanı uşaqlarındna birinin öldüyü səhnə gecəyə damğa vurub.

Bundan əlavə Kıvılcım və Ömər obrazlarının qəzası da sezon finalını yaddaqalan edib.