Tanınmış azərbaycanlı iş adamı Adnan Əhmədzadə və xanımı Fransada keçirilən 76-cı Kann Film Festivalına qatılıb.
OLAY yazır ki, cütlük rejissor Sem Levinsonun olduğu və baş rollarda Lili Rouz Depp və Abel Tesfaye (The Weeknd) oynadığı “The Idol”un dünya premyerasında yer alıblar.
İş adamı İnstaqram sosial şəbəkəsindəki səhifəsində cütlüyün qırmızı xalça üzərində gəzinti zamanı çəkilmiş foto və videoları təqdim edib.