Uzun müddətdir ki, birgə layihədə yer almayan Ülviyyə Xəlilbəyli və Murad İsmayıl cütlüyü filmə çəkiləcək.
OLAY yazır ki, bu barədə Ülviyyə instaqramda izləyicilərinin suallarını cavablandırarkən danışıb.
O, bir istifadəçinin “Yenidən Murad bəylə seriala çəkilmək istəyərdiniz” sualına “Serial yox. Film olacaq. İzləmədə qalın” sözlərini yazıb.
Qeyd edək ki, cütlük “Vicdan haqqı” serialına çəkilərkən tanış olmuşdu.