Bu il Avroviziyada 12 xal verəcəyimiz ölkəni müəyyənləşdirən münsiflərin kimliyi məlum olub.
OLAY “12xal”a istinadən yazır ki, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, Xalq artistləri Gülyaz Məmmədova, Təranə Muradova, NERO dans studiyanın rəhbəri Emin Useynov, Bəstəkar Anar Yusufov jürilər sırasında imiş.
Qeyd edək ki, ölkəmiz bu il 12 xalı İsrailə verib. Azərbaycanın səslərini isə Nərmin Salmanova açıqlayıb.