Olay
Olay

Hadise Sərvəri səhnəyə çıxardı

Hadise Sərvəri səhnəyə çıxardı

Hadisenin Bakı konsertində maraqlı anlar yaşanıb.

OLAY yazır ki, tədbir zamanı müğənnilər Sevil və Sevinc Səfərovalar səhnəyə çıxıb. 

Onlar Hadisenin istəyi ilə Türkiyədəki zəlzələ zamanı köhnə avtomobilində yardım aparan Sərvər Bəşirliyi dəvət ediblər. 

Bacılar bunun Hadisenin istəyi olduğunu dilə gətiriblər. Estrada ulduzu isə Sərvər haqqında bu fikirləri səsləndirib:

“Məncə, yaşadığımız fəlakətdəki rəmzlərdən biri oldu. Hamımızın gözünü doldurdu, ağlatdı. İlk gündən yola çıxdı, yardıma gəldi. Biz birlik olanda çox gözəlik”.