Olay
Olay

Xoşqədəm Afrikadan övladlığa uşaq götürür

Xoşqədəm Afrikadan övladlığa uşaq götürür

Aparıcı Xoşqədəm Hidayətqızı Afrikadan övladlığa uşaq götürəcək.

OLAY yazır ki, bu barədə o, aparıcısı olduğu “Səni axtarıram” proqramında məlumat verib. 

Əməkdar jurnalist mövzu haqda Afrikadakı uşaqlara yardım üçün məktəb xərcliyini studiyaya gətirən İnci adlı qızla söhbət edərkən danışıb. Xoşqədəm deyib ki, qızı olmadığı üçün afrikalı bir körpəyə sahib çıxmaq istəyir:

“Onlardan birini götürəcəm, baxacam, bir qara qızım olacaq. Səni də onunla görüşdürəcəm”,

Qeyd edək ki, Hidayətqızı Afrikada “Qarabağ Ağıllı kənd” layihəsi üçün bank hesabı açıb.