Müğənni Nazim Pişyarı “Söhbət musiqidən gedir” proqramında qonaq olarkən mərhum Xalq artisti Rafael Dadaşovla bağlı açıqlamalar verib.
OLAY yazır ki, müğənni aktyorla birgə xatirələrini yada salıb. O bildirib ki, R. Dadaşov bütün mahnıları keçmiş həyat yoldaşı Sədaqət Dadaşovaya yazıb:
“Rafael müəllimlə ilk işimiz “Faytonçu” mahnısı oldu. Ondan sonra “Yuxu”, “Bu şəhərdə”, “Dön geri”, “Hələ gec deyil” mahnılarımın sözləri Rafael Dadaşova məxsusdur. Onun sözlərinə ən çox mahnını mən oxumuşam. Bir dəfə soruşdum ki, bu qədər məhəbbət dolu sözlər ünvansız ola bilməz. Kimə ünvanlanıb? Dedi ki, Sədaqət xanıma. Yəni dünyasını dəyişənə qədər məhz o xanımı sevdi. Çox sadiq, etibarlı idi. Çox yumşaq xasiyyətli insan idi. Baxmayaraq ki, son dövrlərdə artıq çəki almışdı. Yenə də o onu korlamırdı. “Yuxu” mahnısını dəfələrlə cırdı, dedi, yazmıram. Yarım saatdan sonra zəng edirdi ki, haradasan”.