Olay
Olay

Nihadın sözləri Xalq artistini özündən çıxardı

Nihadın sözləri Xalq artistini özündən çıxardı

“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr forumu söz-söhbətsiz ötüşməyib.

OLAY yazır ki, forum zamanı ƏSA Teatrının direktoru Nihad Qulamzadənin çıxışı Xalq artist Əli Nur tərəfindən etirazla qarşılanıb.

Teatrların marketinq strategiyasından danışan Nihadın “Teatrlarımız brendləşməlidir. Hər biri brendə çevirilməyi bacarmalıdır. Təəssüf ki, Azərbaycanda heç bir teatr brend deyil. Brend olmaq məşhur, peşəkar olmaq deyil” sözləri aktyoru özündən çıxarıb.

Əli Nur forum zamanı yerdən “Düz demirsən, cavan oğlan! Səhv danışırsan!”, - deyə, qışqırmağa başlayıb.

Daha sonra aktyora xəbərdarlıq edilib və çıxışlar zamanı yerdən danışmaması tələb olunub.

Bu barədə görüntünü Nihad öz instaqram səhifəsində paylaşıb:

“Doğrudur çıxışımı sonlandırmağıma şərait yaradılmasa da, açığı mən bu forumdan razı qaldım. Ümid edirəm və inanıram ki, səsləndirdiyim fikirlər və ideyalar teatr sahəsində icra olunacaq və öz faydalılığını təsdiqləyəcək.

P.S: Çıxışım bu müdaxilə ilə yekunlaşmadı. 10 saniyə sonra düz dediyim məlum oldu. Təəssüf ki, video çəkilişi müdaxilə anında dayandırılıb”.

Nihad Qulamzadənin həyat yoldaşı, ƏSA Teatrının aktrisası Səmayə Qulamzadə isə sözügedən görüntüləri paylaşaraq bu sözləri yazıb:

“Təəssüf etdiyim ən dəhşətli məqam bilirsiniz nədir? Hər zaman şikayət etdiyimiz gəncliyin bu gün baxıb nümunə götürə biləcəyi çox az sayda böyük görür. Əgər bu gün bizim ustad adlandırdığımız şəxslər dinləməyi bacarmırsa, ciddi qəbul edib çıxışlarına baxdığımız şəxslər sıraslarını ötürüb bir-biri ilə müzakirəyə keçirsə, bu, dəhşətdən də betərdir. Ümid edirəm, bir gün biz də böyük-kiçik demədən savada, istedada, intellektə və ən əsası adekvaat olmağa üstünlük verərik!”.