Olay
Olay

Fəridi “Yalı çapkını”na bənzətdilər

Fəridi  “Yalı çapkını”na bənzətdilər

Uzun müddətdir səhnədən uzaqlaşan “Avroviziya-2013” təmsilçimiz Fərid Məmmədov TikTok-da gündəm olub.

OLAY yazır ki, buna səbəb isə ifaçının son zamanların populyar aktyoru, “Yalı çapkını” serialının ulduzu Mert Ramazan Demirə bənzədilməsidir.

Əksər istifadəçi Fəridin ekran işindəki adaşına çox oxşadığını, onlar üz quruluşlarının demək olar eyni olduğunu bildirilib. İki məşhurun ən çox bir-birinə bənzədən məqam isə qaşlarının quruluşu olub.

Qeyd edək ki, sözügedın müsabiqədə Azərbaycana ikincilik gətirən Fərid 2016-cı ildə ailə qurmuş, daha sonra ABŞ-ə köçmüşdü. İfaçının Amerikada kuryer işlədiyi bildirilmişdi.