Xəbər verdiyimiz kimi, dünən İstanbulda 47-ci dəfə “Altın Kelebek” mükafat mərasimi baş tutub.
OLAY yazır ki, Zorlu PSM-də reallaşan gecədə kifayət qədər populyar simalar yer alıb.
Qırmızı xalça keçidində isə bir-birindən fərqli ulduzlar geyimlərini nümayiş etdiriblər. Lakin ötən illərə nisbətən gecənin qonaqları sosial şəbəkələrdə daha çox tənqid olunublar.
Kimisi ulduzların geyimini, kimisi isə makiyajını bəyənməyib.
Ötən günün parıldayanları arasında “İlin qadın müğənnisi” nominasiyası üzrə qalib olan Hadise de var. Sənətçi tədbirə “Valentino” imzalı libasla qatılıb.
“Kelebek”də ən səs-küy yaradan ulduzu aktrisa Melis Sezen olub. O, ağ və dərin sinə dekolteli geyimi ilə kamera qarşısına keçib. Melisin “Tiffany & C” brendinə məxsus 30 milyon dollarlıq boyunbağının “fake” versiyası ilə diqqət çəkib. Aktrisa zinət əşyasını “Rafiroy Diamonds”dan alıb.
Tədbirin açılışını öz üzərinə götürən gənc aktrisa Demet Özdemir yerli brend tərəfindən hazırlanan libasla diqqət çəkib. O, eyni zamanda həmin mükafat mırasiminin havadarı olan brendin simasıdır.
Gecənin digər dekolteli ulduzu isə Burcu Biricik olub. Qara libası ilə qırmızı xalçada görürən məşhurun rol aldığı “Camdakı kız” “ilin ən yaxşı serialı” seçilib.
Gecənin parıldayan ulduzu isə məşhur model Şevval Şahin olub.
Bundan əlavə, Cemre Baysal, Ahsen Eroğlu, Raçel Araz Kiresepi, Sibil Çetinkaya, Selma Ergeç, Ahsen Eroğlu isə libasları ilə gündəmə gəlib, tənqidi şərhlərlə üzləşiblər.