Mərhum Xalq artisti Eldəniz Zeynalovun ölümündən sonra tapılan məktubunda yazılanlar açıqlanıb.
OLAY yazır ki, bu barədə aktyorun qızı Gülbəniz “Elgizlə izlə” proqramında danışıb. Gülbəniz atasının yastığının altından tapdıqları məktubda bu sözlərin yazıldığını deyib:
“Dostları Mikayıl Mirzə ilə Telman Adıgözəlova müraciət etmişdi. Demişdi ki, mən kasıbam, ölümümdən sonra övladlarımın yanında olun. Həm də yazmışdı ki, yas mərasimini təşkil edin, uşaqları sizə tapşırıram”.