Olay
Olay

“Dilarə ilə qışqırırdıq, Oqtay susurdu…”

“Dilarə ilə qışqırırdıq, Oqtay susurdu…”

Oqtay Əliyevin dünyasını dəyişdiyi qəzada yaralanan Xalq artisti Mehriban Zəki paylaşım edib.

OLAY yazır ki, sənətçi sosial şəbəkə hesabında hadisənin yaşandığı anları yada salıb. O, bu fikirləri qeyd edib:

“İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə “problem yoxdur keçib gedəcək” deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi.

Hər zaman hay-küylü, coşub-daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O, susurdu, maşın çevrilirdi... Bu sadəcə qəzavü-qədər idi. 

Mən sağalacam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq. Dilarə də inşallah özünü toparlayar. O, çox güclü qadındır. Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22-si belə yazıldı bizim üçün...”.

Qeyd edək ki, O. Əliyevin idarə etdiyi “Lexus Lx470” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev dünyasını dəyişmiş, avtomobildə olan M. Zəki və Əməkdar artist Dilarə Əliyeva xəsarətlər almışdır.