“Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin qalibi bəlli olub.
OLAY yazır ki, layihənin birincisi verilişin İTV-də yayımlanan bugünkü canlı yayımında bilinib.
Qalib isə Xalq artisti Gülyaz Məmmədovanın tələbəsi Zülfü Əsədzadə seçilib.
O, 20 min manatlıq sertifikatın sahibi olub.
Qeyd edək ki, yarışmanın münsifləri Xalq artisti Gülyaz Məmmədova, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Aşıq Samirə) və müğənni İlqar Xəyal olub.