Olay
Olay

Ramiz Novruz vəfat etdi

Ramiz Novruz vəfat etdi

Xalq artisti Ramiz Novruz vəfat edib.

OLAY-ın əldə etdiyi məlumata görə, bir neçə gündür komada olan 67 yaşlı sənətçini həyata döndürmək mümkün olmayıb.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.

Xatırladaq ki, Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində doğulub.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Onu da bildirək ki, mərhumun oğlu Cavidan Novruz da aktyordur. Qızı Şəfəq və nəvəsi Ayan populyar stilistdir.