Aparıcı, “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynovun başına iş gəlib.
OLAY yazır ki, bir neçə gün əvvəl 44 yaşlı xeyriyyəçi xəstəxanaya aparılaraq əlinə tikiş qoyulub. Buna səbəb onun əlinin boşqab sınması nəticəsində ciddi xəsarət alması olub.
Hacı Nuran məlumatı OLAY-a təsdiq edib.
“Əlimdə durduğu yerdə boşqab parça-parça oldu, qan su kimi getdi, apardılar xəstəxanaya tikiş qoydular”,- deyə aparıcı açıqlamasında qeyd edib.