Olay
Olay

Aysel oğlunun problemini gizlədirmiş

Aysel oğlunun problemini gizlədirmiş

Bloger Aysel Şükür övladı Onurla bağlı paylaşım edib.

OLAY yazır ki, o, oğlunun fotosunu 1,4 milyonluq İnstaqram hesabında izləyicilərlə bölüşərək “Mənim Onurum hamıdan ağıllı olacaq” sözlərini yazıb.

Aysel daha sonra İnstaqram “Story”də paylaşımı ilə bağlı açıqlama yayıb:

“Onura aylar əvvəl autizm spektr pozuntusu diaqnozu qoyulub. Bildiyimiz gündən müxtəlif yerlərə aparmışıq, çünki valideyn normal olaraq qəbul etmək istəmir. Bura mənə bəs etmədi, İstanbula da apardım. O da eyni şeyi dedi. Sadəcə zaman və səbr... İnşallah düzələcək. Sadəcə bəzi insanlar o qədər vəhşidirlər ki, bilə-bilə Onurla bağlı paylaşım edəndə pis şərhlər, “bu uşaq xəstədir”, paylaşmayanda isə “Uşağı istəmir”, “Onuru göstərmir” yazırlar.

Ona görə də heç bir övladımı paylaşmıram, onlarla bağlı suallara cavab vermirəm. Çox insandan uzaqlaşmağımın da səbəbi budur, çünki öyrəndiyim gündən nə bir nəfər qapımı döydü, nə də “keçmiş olsun” dedi, təbii ki, söhbət dost bildiklərimdən gedir. Ancaq həmişə həmin insanların ən pis günlərində yanında olmuşam. Övladımın problemini bilə-bilə heç kim nə axtardı, nə zəng etdi, ona görə mən də uzaqlaşdım. Deyiləsi sözlər çoxdu, amma heç kimə görə dəyməz. Övladım müalicə alır, inşallah ki, hər şey yaxşı olacaq, mən buna inanıram. Məni isə həmişə belə xoşbəxt, şən, deyib-gülən, heç kimə fikir verməyən görəcəksiz, əziz düşmənlərim”.

Qeyd edək ki, Aysel Şükür 2018-ci ildə Oktay adlı bəylə evlənib. Cütlüyün Adlan və Onur adlı iki övladı dünyaya gəlib. Onlar ötən il boşanıblar. Bundan başqa, Ayselin ilk evliliyindən Uğur adlı oğlu da var.