Olay
Olay

Üzümüzdə gülüş yaradan “Toppuş bacı”, “zadəgan Durna”…

Üzümüzdə gülüş yaradan “Toppuş bacı”, “zadəgan Durna”…

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva bu gün 49 yaşında həyatını itirib. 

OLAY yazır ki, T. Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsinə qəbul olan sənətçi ali məktəbi başa vurduqdan sonra bir müddət özəl teatrlarda çalışıb.

Daha sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.
Oradan çıxaraq Bakıya gəlib və C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. 

Aktrisaya ən çox məşhurluq qazandıran isə ATV kanalında nümayiş etdirilən “Çal-Çağır” şou proqramında canlandırdığı “Toppuş bacı” obrazı olub. O, həmçinin ATV kanalında “Gülmək qadağandır” şou verilişinin də aparıcı idi.

Sənətçinin yaddaqalan obrazlarından biri də “Qardaşlar” serialında canlandırdığı Durna rolu olub. Obrazın tez-tez işlətdiyi “zadəgan” ifadəsi isə dillər əzbəri idi. 

T. Əliyeva son zamanlar Əməkdar artist Dilarə Əliyevanın “Söhbət var” verilişindəki səhnəciklərdə iştirak edirdi.

Səhnəmizin “Toppuş bacı”sı, “zadəgan”ı, Allah rəhmət etsin!