Olay
Olay

Tünzalə Əliyeva vəfat etdi

Tünzalə Əliyeva vəfat etdi

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva vəfat edib.

OLAY yazır ki, bu barədə onun həyat yoldaşı instaqramda məlumat yayıb. Sənətçinin səhifəsində foto paylaşan Röyal bu sözləri bildirib:

“Sən gördüyüm, tanıdığım ən gözəl insan, həyat yoldaşı idin. Həm ata, həm ana, həm bacı, həm qardaş oldun mənə, ən yaxın dostum idin. Mən səndən çox razı oldum. Allah da səndən razı olsun. Mənim gözəl həyat yoldaşım inşallah qiyamətdə görüşərik”.

Məlumatı sənətçinin yaxın dostu, Əməkdar artist Dilarə Əliyeva OLAY-a təsdiqləyib.