Olay
Olay

Aygündən libasını geyinən Günaya reaksiya

Aygündən libasını geyinən Günaya reaksiya

Xalq artisti Aygün Kazımova model Günay Musayevanın onun libasında mükafatlandırma gecəsinə qatılmasına münasibət bildirib.

Sənətçi bu barədə OLAY-ın İnstaqram səhifəsindəki paylaşıma reaksiya verib.

“Fəxrimiz Rüfət İsmayılın əlbisəsi Günay xanıma çox gözəl yaraşıb”, - deyə, müğənni yazıb.

Qeyd edək ki, ötən gün Türkiyədə fəaliyyət göstərən Günay Musayeva A.Kazımovanın “İnan Günəş doğacaq” adlı klipdə istifadə etdiyi libasın eynisini geyinərək “Ayaklı Gazete”nin mükafatlandırma gecəsinə getmişdi.