Ülviyyə Xəlilbəyli və Murad İsmayıl cütlüyü haqlarında çıxan ayrılıq xəbərlərindən sonra birlikdə tədbirə qatılıb.
Onlar ötən gün baş tutan “Dönənlər” filminin qala gecəsində OLAY-ın kamerasına tuş gəlib. Görüntülərdə cütlüyün yanında aktrisa Raksana İmir də yer alıb.
Qeyd edək ki, Ülviyyəylə Muradın ayrıldığı barədə xəbərlər yayılsa da, Xəlilbəyli açıqlamasında aralarında yaranan söz-söhbət nəticəsində soyuqluq yarandığını, lakin boşanmadığını bildirmişdi. Onların iki oğlu var.