Olay
Olay

Rüfətin Qarabağ kolleksiyası Rusiya şousunda - VİDEO

Rüfətin Qarabağ kolleksiyası Rusiya şousunda - VİDEO

Rusiyanın ən məşhur tok-şoularından biri olan “Modnıy Priqovor” verilişinin növbəti buraxılışı azərbaycanlı dizayner Rüfət İsmayılın “Sumax” adlı kolleksiyasının nümayişi ilə başlayıb.

OLAY yazır ki, proqramın aparıcısı Aleksandr Vasilyev “Gəlin Parisdə və Azərbaycanda moda həftəsinə gedək”,- deyə bildirib.

Dizaynerin kolleksiyasının təqdimatında baş model Günay Musayeva olub.

Qeyd edək ki, “Sumax” kolleksiyasında R. İsmayıl Azərbaycan xalçalarından, o cümlədən Qarabağdan ilhamlanıb. Kolleksiya ilk dəfə 2021-ci ilin oktyabr ayının əvvəlində Parisdə Moda Həftəsi çərçivəsində təqdim olunub.