Olay
Olay

İki dəfə ağır əməliyyat keçirdiyi ortaya çıxdı

İki dəfə ağır əməliyyat keçirdiyi ortaya çıxdı

Əməkdar artist Almaz Ələsgərli iki dəfə ağır əməliyyat keçirib.

OLAY yazır ki, bu fakt “Onun sirri” proqramında ortaya çııxb. Sənətçi 2004-cü ildə səhnədən uzun müddət uzaqlaşdığını söyləyib. Buna səbəb kimi xəstələnməsini göstərib. Lakin o, əməliyyatı və xəstəliyi barədə danışmaq istəməyib.

Daha sonra studiyaya gələn aktrisanın yaxın rəfiqəsi, Akademik Musiqili Teatrın rejissoru Sevinc Məmmədova mövzu haqda ətraflı məlumat verib:

“O vaxt Almaz xanım ard-arda kliplər çıxardırdı. Lakin xəstəliklə bağlı səhnədən uzaqlaşdı. Bunu heç 2004-cü ildə açıqlamamışdı. O mənə sirrini etibar edib deyib. Bildirmək istəyirəm ki, Almaz xanım eyni əməliyyatı ötən il də keçirdi. Bunu da kimsə bilmirdi. Yalnız yaxınları və teatrın işçiləri bildi. Yenə də Almaz xanım tamaşalarda iştirak etmir. Bu o demək deyil ki, sənətdən uzaqdır, depressiyadadır. Onun ətrafında güclü komandası, ailəsi var. Ciddi problem yoxdur. Sadəcə hər bir əməliyyatdan sonra olduğu kimi müəyyən qadağalar mövcuddur”.