Türkiyənin məşhur makiyaj ustası Serhat Şen də “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onu aldatdığını iddia edib.
Bu barədə Serhat OLAY-a danışıb. O bildirib ki, Bakıda keçirdiyi master-klassdan ödəniş ala bilməyib:
“Danla Biliç, Melisa Aslı Pamuk və Ezgi Fındıkla gəlmişdik. İnsanlar haqqında qeybət edib, pislədi. Mənim pulumu ödəmədi. Gələn məşhurların sadəcə behini verdi. Dedi ki, qalanını Bakıya gələndə verəcək. Amma heç birini ödəmədi. Onların pulunu mən ödədim. Mənim pulumu da vermədi. İki gün səhnəyə çıxıb master-klass etdim, 50 min dollar mənim pulumu vermədi, 50 min dollar da məşhurların pulunu. Həmişə qaçdı, yalan danışdı. Sübutlarım var, bir illik vatsap yazışmaları var. Vəkilimə verəcəyəm. Məndən xəbərsiz master-klassda sponsor yığıb, onlara da paylaşım sözü verib. Heç bir şəkildə bizə məlumat verməyib. Özbaşına iş gördü. Çox gizli, qaranlıq işlər görür”.
Serhatın sözlərinə görə, məşhurlar K. Həmzəyevadan pulunu istədiyi zaman o huşunu itirib və təcili tbii yardım çağırıb.
Məşhur stilist bu hadisədən sonra Azərbaycandan gələn təklifləri qəbul etmədiyini bildirib.
K. Həmzəyeva Axsam.az-a haqqındakı iddialarla bağlı bunları söyləyib:
“Bu qədər susdum bəsdir. Birləşib mənə qarşı oyun qururlar. Fidanla şərikli biznes açdıq. 130 mindən artıq pul qoydu. İkimiz də pul xərcləyib, moda evi etdik. Pul məkandakı mebellərə, parçalara qoyulub. Xəstəxanada olanda mənə dedi ki, pulumu qaytar. Dedim, xəstəxanadan çıxım, hesablaşarıq. Gedib başqa adamla iş qurub, ona söz verib ki, Könüldən alıb verəcəyəm. Bu işdən hətta gəlir də götürüb. Söz verdim ki, məsələni həll edəcəyəm. Borc nədirsə qaytaracağam. Mənə demədən gedib polisə şikayət ərizəsi yazıb. Məni canımdan bezdiriblər. Bir biznes qurulubsa, bura pul xərclənibsə, hər iki şərik bərabər hüquqa sahibdir. Mən biznesin arxasından qaçmıram. Onun qoyduğu və götürdüyü pulu hesablayıb, yerdə qalan borcu qaytaracağam. Belədə ki, pul məkandakı mebellərə xərclənib, mebellər də oradadır. Əlimdə o qədər sübutlar var. Daşa, divara, taxtaya qoyulan pulu qaytarmaq üçün vaxt lazımdır. Yalan deyir ki, guya, maşın, torpaq sahəsi satıb”.
Qeyd edək ki, bloger Fidan Zeynn və Azerina kimi tanınan Əfsanə Qasımova da ondan şikayətçidir.