Ukraynanın “Avroviziya – 2022” qalibi “Kalush Orketsra” yarışmanın Böyük Britaniyada keçirilməsinə münasibət bildirib.

OLAY yazır ki, bu barədə qrupun solisti Oleq Psyuk açıqlama verib.

O, deyib ki, müsabiqə ölkəsində keçirilmədiyi üçün kədərlidir:

“Lakin Böyük Britaniyaya ölkəmizi dəstəkləmək məqsədilə təşkilatçılığı qəbul etdikləri üçün minnətdarıq. Biz də “Avroviziya – 2024”ün sülhsevər bir ölkədə keçirilməsi, Ukraynanın gələn il də qalib olması üçün çalışacağıq”.

Qeyd edək ki, “Kalush Orkestra” bu il “Stefania” mahnısı ilə yarışıb.

Ukrayna yenə birincilik istəyir Ukrayna yenə birincilik istəyir