Uill Smit onunla birlikdə çalışan skripkaçı Brian Kinq Coseph tərəfindən məhkəməyə verilib.
OLAY yazır ki, müğənni təcavüzdə, haqsız işdən çıxarılma və qisasda ittiham edilib.
Məhkəmə ərizəsinə görə Joseph iddia edir ki, Smitin “Based On A True Story: 2025” adlı turnesi çərçivəsində Las-Veqasda qaldığı hotel otağına icazəsiz daxil olunub, otaqda ona aid olmayan bəzi əşyalar və cinsi təhdid kimi qəbul etdiyi bir qeyd tapıb.
Cosep bu vəziyyəti hotel rəhbərliyinə və Smitin komandasına bildirəndən sonra, hadisəni uydurmaqda ittiham edildiyini və tezliklə işdən azad edildiyini iddia edir.
Uill Smit tərəfindən hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verilməyib.