Albaniyanın paytaxtı Tiranada keçirilən 23-cü “Kenga Magjike” festivalında ölkəmizi təmsil edən “Mamagama” qrupu kateqoriya üzrə qalib olub.

OLAY yazır ki, finala qədər yüksələn qrup “Best new international artist” (Ən yaxşı yeni beynəlxalq artist) nominasiyası üzrə mükafat qazanıb. Bu barədə “Mamagama” öz instaqram hesabında məlumat paylaşıb.

Təmsilçilərimiz Albaniyada qalib oldu

Qrup festivalda iştirak edənlər arasında isə ümumi nəticələrə görə 4-cü olub.

“Düşünürük ki, məşhur və təcrübəli müğənnilərlə yarışıb, ölkəmizin adını layiqincə təmsil etdik! Bizi dəstəkləyən hər kəsə dərin təşəkkür edirik”, - deyə, onlar qeyd edib.

Təmsilçilərimiz Albaniyada qalib oldu Təmsilçilərimiz Albaniyada qalib oldu Təmsilçilərimiz Albaniyada qalib oldu