Bəstəkar-müğənni Pərviz Mahmudov yeni “Sirrim” adlı lirik balladasını dinləyicilərə təqdim edib.
OLAY yazır ki, mahnının sözləri Aydın Tağıyevə, musiqisi isə Pərvizin özünə məxsusdur.
Bəstəkar mahnı üçün kamera qarşısına da keçib. Rejissor Rəşad Ömür tərəfindən çəkilən ekran işi ağ və qara fonda hazırlanıb.
“Sirrim” həm klip, həm də audio versiya olaraq bütün rəqəmsal platformalarda yayımlanıb.