Türk musiqisinin 1970-ci illərinə damğa vuran simalardan biri olan Tülay Özer vəfat edib.
OLAY yazır ki, 1970-ci illərdə oxuduğu mahnılarla geniş kütlələrə çatan Tülay Özer dövrünün ən çox dinlənilən qadın səslərindən biri kimi diqqət çəkib.
“İkimiz Bir Fidanız” başda olmaqla ifa etdiyi əsərlərlə musiqi siyahılarında ön sıralarda yer alan sənətçi, güclü ifası ilə yadda qalıb.
Qeyd edək ki, Tülay Özer məşhur müğənni Zerrin Özerin bacısıdır.