“FIFA” Castin Biberin 2026-cı il “FIFA Dünya Kuboku” finalının fasiləsində keçiriləcək tarixi şounun əsas ifaçıları sırasına qoşulduğunu elan edib.
OLAY yazır ki, final qarşılaşması bazar günü (19 iyul) Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən “New York New Jersey Stadium” stadionunda keçiriləcək.
Castin Madonna, Şakira və BTS-in də daxil olduğu ifaçılar siyahısına qoşulacaq. Bu, futbol üzrə Dünya Kuboku final matçının fasiləsində keçiriləcək ilk belə tamaşa olacaq.