Lyubov Uspenskaya ABŞ-də yaşadığı dövrdə bir neçə dəfə həbsxanaya düşüb.
OLAY yazır ki, o, bu barədə açıqca danışıb. İlk dəfə sərxoş halda avtomobil idarə etmək və sürət həddini aşmaq səbəbindən həbs edildiyini açıqlayıb.
"Arxamıza polislər düşdü, məni həbs edib bölməyə apardılar. Məni fahişələrlə bir kameraya saldılar. Onlar mənim paltarlarımı əlimdən almaq istəyirdilər, amma mən onları söydüm və onlar məndən əl çəkdilər" - deyə müğənni bildirib.
İkinci dəfə isə məhkəməyə gecikdiyi üçün həbs edilib. Lakin bu dəfə problem sürətlə həll olunub və Uspenskaya Kanadaya musiqi turuna getməyi bacarıb.