Dünyaca məşhur reper Trevis Skottun Türkiyədəki ilk səhnə çıxışı pərəstişkarlarını məyus edib.
OLAY yazır ki, İstanbuldakı konsertinə təxminən bir saat gecikmə ilə çıxan Trevis Skott səhnədə cəmi 20 dəqiqə qalıb. Qısa sürən çıxış səbəbindən məyus olan tamaşaçılar məşhur reperi fitə basıblar və Skott güclü etirazlar altında tədbir məkanını tərk edib.
Qısa sürən çıxışla yanaşı, reperin üzünü tamamən gizlətdiyi və tamaşaçılarla kobud ünsiyyət qurmağı da diqqət çəkib.