“Dünya Tatlısı”, “Kıyamam” və “Basit Numaralar” kimi dillər əzbəri olan əsərlərə imza atan türk sənətçi Zerrin Özer həyatındakı ən böyük qorxusunu açıqlayıb.

OLAY yazır ki, bir müddətdir sağlamlıq problemləri ilə gündəmdə olan məşhur müğənni “Geliyorlar Gidiyorlar” adlı yeni mahnısını tanıtmaq üçün mətbuat nümayəndələri ilə bir araya gəlib.

Özer müxbirlərin “Mahnılarınızla gənc nəsli də cəlb etməyi bacardınız?” sualına belə cavab verib:
“Həyatda ən pis şey unudulmaqdır. Bu, mənim də ən çox qorxduğum şeydir. Allaha həmişə dua etmişəm ki, ‘Heç vaxt unudulmayım, gənclər məni tanısın, Z nəsli məni tanısın’. Hamısı tanıdı. Bu əsər də bunun davamı olacaq.”