Reper Kanye Uest 49 yaşını yeni “Gemini Season” adlı mahnısının buraxılışı ilə qeyd edib.

OLAY yazır ki, bu mahnı onun son albomu olan “Bully”nin delüks versiyasına daxil edilib.

Mahnının videosu arzu və cazibə mövzularını əks etdirir və onu 31 yaşlı həyat yoldaşı Biyanka Senzori çəkib. Biyanka özü də klipdə rol alıb.

Qeyd edək ki, Biyanka daha əvvəl də Kanye Uestin kliplərinin rejissorluğunu edib, lakin heç vaxt onlarda çəkilməyib. Məsələn, o, Trevis Skott ilə əməkdaşlıq edilən “Father” mahnısı üçün çəkilmiş videoya da rejissorluq edib.

Həyat yoldaşı Kanyeyə klip çəkdi Həyat yoldaşı Kanyeyə klip çəkdi