Xalq artisti Emin Ağalarov (EMİN) Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ilk dəfə konsert verəcək.

OLAY yazır ki, bu barədə sənətçi ötən gün Bakıda KİV-ə açıqlamasında bildirib.  

Müğənninin sözlərinə görə, onun çıxışı Kəlbəcərdə yerləşən hərbi hissədə baş tutacaq.

“Konsert əsgərlərimizin əhval-ruhiyyəsini yüksək tutmaq üçündür.  Biz bunu çoxdan istəyirdik, əvvəllər ora getmək təhlükəsiz deyildi və bizə icazə vermirdilər. İndi bu cür bir imkan var”,- deyə ifaçı Sputnik-ə açıqlamasında qeyd edib. 

EMİN Kəlbəcərdə konsert verəcək EMİN Kəlbəcərdə konsert verəcək