48 yaşlı britaniyalı müğənni Robbi Uilyams əfsanəvi müğənni Elvis Preslinin rekordunu yeniləyib.

OLAY yazır ki, o, bir neçə gün bundan əvvəl təqdim etdiyi XXV albomu ilə rəsmi Britaniya hit-paradının zirvəsinə yüksəlib. Bu, Robbinin 14-cü 1 nömrəli albomudur.

Beləliklə, Uilyams İngiltərədə ən çox bir nömrəli albomu olan solo sənətçi kimi Preslinin əvvəlki rekordunu qırıb.

Elvis Preslinin rekordunu yenilədi Elvis Preslinin rekordunu yenilədi