Türk musiqisinin sevilən simalarından olan Yılmaz Morgül qatıldığı bir proqramda həmkarı Ebru Gündeş haqqında çox sərt açıqlamalar verib.

OLAY yazır ki, keçmişdən gələn incikliyini dilə gətirən Morgül Gündeşə qarşı reaksiyasını kəskin sözlərlə ifadə edib.

Müğənni məsələ ilə bağlı bunları deyib:
“Ebru Gündeşin ilk səhnə fəaliyyətinə mən təkan verdim. Onu heyətə mən daxil etdirdim, ilk səhnə geyimini belə mən tikdirdim. Mən assolist olanda mübarizə başladı. Mən bir kişiyəm, sözünün üstündə duran adamam. Amma mənim demədiyim sözləri mənə dedi. Ondan çox incimişəm. Heç bir şəkildə haqqımı halal etməyəcəyəm!”