Avroviziya təmsilçimiz Dilarə Kazımova yeni layihəsini təqdim edib.
OLAY yazır ki, sənətçi sözləri özünə və Nigar Məmmədova, musiqisi isə Fərid Mayılov, Camal Qurbanov və D.Kazımovaya məxsus “Gecə” trekini ekranlaşdırıb.
Klipin rejissorluğunu estrada ulduzu özü edib. İfaçının vizajı üzərində Jalə Bağırova çalışıb.
D.Kazımova mahnını duyğusal və qəlbin ən gizli etiraflarını pıçıldayan bir əsər kimi təqdim etdiyini açıqlayıb:
“‘Gecə”— susqunluğun danışdığı, duyğusal, qəlbin ən gizli etiraflarını pıçıldadığı bir mahnıdır; o səsləndikcə insan həm özünü tapır, həm də itirdiklərini xatırlayır”.
Qeyd edək ki, aranjimanı Dilarə Kazımova və Camal Qurbanova aid olan “Gecə” artıq müğənninin rəsmi “YouTube” kanalında və bütün musiqi platformalarında yayımlanıb.