2026-cı il “Grammy” mükafatlarının qaliblərinin kimliyi ilə bağlı məlumatlar yayılıb.

OLAY yazır ki, iddialara əsasən, “İlin albomu” nominasiyasında Ledi Qaqa “Mayhem” albomu ilə qalib gələcək. “İlin Mahnısı” mükafatı Billi Aylişin “Wildflower” adlı işi, “İlin yazısı” mükafatı isə Kendrik Lamar və SZA-nın birgə ifa etdiyi “Luther” mahnısına veriləcək.

“Ən yaxşı yeni sənətçi” nominasiyasında Olivia Deanın adı önə çəkilir. “Ən yaxşı pop solo performansı” Sabrina Karpenterin “Manchild” mahnısına, “Ən yaxşı pop dueti/Qrup performansı” isə Roz və Bruno Marsın “APT.” adlı duetinə proqnozlaşdırılır.

 “Ən yaxşı dance pop səs yazısı” Zara Larssonun “Midnight Sun”, “Ən yaxşı R&B Performansı” Kehlaninin “Folded”, “Ən yaxşı rap performansı” isə Kardi Bi-nin “Outside” mahnısına veriləcək.

Qeyd edək ki, bu məlumatlar rəsmi deyil və yalnız daxili mənbələrə istinad edən iddialar kimi yayılıb. Rəsmi nəticələr “Grammy” Akademiyası tərəfindən elan olunacaq.