Müğənni Filipp Kirkorov Bolqarıstanın “Eurovision Song Contest 2026” müsabiqəsindəki qələbəsində iştirakına münasibət bildirib.

OLAY yazır ki, Kirkorovun sözlərinə görə, Bolqarıstanı qələbəyə aparan komandanın təməli hələ 2005-ci ildə Dima Bilanın “Eurovision”da iştirakından sonra qoyulub. Həmin vaxt Kirkorov, prodüser İlias Kokotos və bəstəkar Dimitris Kontopoulosdan ibarət “Dream Team” adlı birlik formalaşıb.

“Və mən xoşbəxtəm ki, bu “Dream Team”in yaranması yolunda iştirak etmişəm. Bu komanda bu gün tarixi vətənimə belə möhtəşəm bir qələbə qazandırdı” deyə Kirkorov bildirib.

Xatırladaq ki, bu il Bolqarıstanı “Bangarang” mahnısı ilə müğənni DARA (Darina Yotova) təmsil edib. Ölkə “Eurovision Song Contest 2026”nın qalibi olub.

Bolqarıstanın qələbəsində onun da əli var