Müğənni Harri Stayles konsert başlamasına cəmi bir neçə dəqiqə qalmış San-Pauludakı çıxışını ləğv edib.

OLAY yazır ki, buna səbəb səhhətində yaranan problemlər olub. Lakin sənətçi konkret hansı sağlamlıq problemi yaşadığını açıqlamayıb. Konsertin təşkilatçıları tədbirin ləğv olunduğunu təsdiqləyərək, biletlərin pulunun geri qaytarılacağını bildiriblər.