Tarkanın Marmaris konserti bilet qiymətləri ilə gündəmə gəlib.
OLAY yazır ki, ayaqüstü izləyici biletlərinin 98 min lirəyə (3500 manat) satıldığı konserti VİP bölmədən izləyənlər isə 2,5milyon lirə (88 min manat) ödəyib. İddiaya görə, sənətçi gecədən 36 milyon lirə (1 milyon 300 min) qazanıb.
Türkiyə və Avropa cəmiyyətinin tanınmış simalarının böyük maraq göstərdiyi tədbir yüksək bilet qiymətləri ilə sosial mediada gündəm olub.