Ukraynanın Xalq artisti, MDB-də populyar olan müğənni Ani Lorakın Almaniya şəhərlərinə qastrol səfəri ləğv edilib. 

OLAY yazır ki, bu barədə musiqi tənqidçisi Sergey Sosedov BLITZ+ portalına müsahibəsində deyib.

Sosedov hesab edir ki, buna səbəb konsert biletlərini ala bilməyən avropalıların yoxsulluğu olub:

“Hansı pula gedəcəklər? Lorakın Almaniyada necə sevildiyini bilmirəm, orada nə qədər məşhur olduğunu da…”

Bundan əvvəl isə Lorakın Avropa turu fəalların və Ukrayna Mədəniyyət Nazirliyinin qəzəbinə görə ləğv edildiyi söylənilib.

Avropadakı konsertləri ləğv olundu Avropadakı konsertləri ləğv olundu Avropadakı konsertləri ləğv olundu