Müsahibə
Müsahibə

“Çox yaxında üçüncü uşağımız ola bilər” - Müsahibə

“Çox yaxında üçüncü uşağımız ola bilər” - Müsahibə

İnfluenser Nagehan Abdullayevanın OLAY-a müsahibəsi:

- Hər kəs İnstaqramın zəifləməyindən şikayətlənir, sizdə vəziyyət necədir?

- İnstaqramda işlər hazırda çox da yaxşı getmir. TikTok çıxandan bəri çox zəifləyib. Əsasən reels-lər ön plana çıxmağa başlayıb. Əvvəllər daha çox foto paylaşırdıq, indi videolara daha çox üstünlük veririk. Xaricdə çəkilən videolardan ilhamlanırıq. Bir az dəyişik formada çəkirik. Bu da təxminən 2-3 saatımızı alır. Kombinasiyasıdır, saçıdır, makiyajıdır... Amma insan çəkəndə zövq alır. Çünki gözəl bir iş ortaya çıxarırsan.

- Bu yaxınlarda artıq menecerlə çalışdığınızı gördüm...

- İnsanlarla danışmaqdan çox yoruldum deyə menecerə müraciət etdim. İstər-istəməz stress yaşayırsan, əsəbin pozulur. Bu, ailəmə də, həyat yoldaşıma da sirayət edirdi. Menecerlə müqavilə bağladıqdan sonra üstümdəki yükün azaldığını hiss elədim. İndi ailəmə qarşı daha səbrli olduğumu və vaxt ayırdığımı görürəm.

- Blogerlər və ya sosial media məşhurları arasında türk olduğunuz üçün ayrıseçkilik görürsünüz?

- Mənə qarşı ayrıseçkilik görmürəm. Hərə öz sferasında yüksəlmək istəyir. Mən də “lifestyle”, həyat yoldaşımla “fashion” videolarla yüksəlmək niyyətindəyəm. Bəlkə də fikir vermirəm, amma düşünmürəm ki, belə bir şey var. Keçən il çox şey yaşadım və görürəm ki, səhifəm boş qalıb. İndi bir az daha üstünə düşmüşəm və yavaş-yavaş bəhrəsini görürəm. Səhifəm keçən ilə nisbətən artıq sıxıcı deyil.

- İnfluenserlər arasındakı dostluqlar...

- İnsan dost olmağı bacarmalıdır, hər kəsin dostluq anlayışı fərqlidir. Mənim dostum hazırda Fəriddir. Buna görə də başım çox rahatdır.

- Bir ara butik açmışdınız, onun axırı necə oldu?

- Butikim uğursuz oldu. Belə şeylərə üzülmürəm. Çünki insan təcrübə keçir. Deməli, mən bu işdə yoxam.

- Əvvəllər hər kəs “Giveaway” edirdi. Ancaq son dönəmlər elə bil bu mövzuda da tənəzzül yaşanır...

- “Giveaway”lar əvvəlki kimi deyil. Bəlkə də izləyicilər sıxıldı. İnstaqram zəiflədi, insanlar artıq qoşulmaq istəmir. Gedib TikTok-da videoya baxmaq onlara daha maraqlı gəlir. Ona görə bir az daha çox hədiyyə versək, məncə hər kəsin marağında ola bilər.

- Nə vaxtsa TikTok-a inteqrasiya etmək fikriniz var?

- Mən TikTok-u sevmirəm, işlətməyi də bilmirəm. 1-2 dəfə canlı açmışıq, onu da dostlarımızla əylənmək üçün etmişdik, pul qazanmaq üçün yox. Fərid instaqram üçün çəkdiyimiz videoları TikTok-a yükləyir. İndi hamı deyir TikTok-a gəl, mənim instaqram daha gözəldir. Maraqlı video çəkirsinizsə, reaksiyalar yaxşı gəlir.

- Həyat yoldaşınızla münasibətiniz necədir?

- 2 yanvar günü Fəridlə çox pis dalaşdıq. Dedim ki, yenə başladıq? Fəridə istəmədiyim şeyləri dedim, o da mənə qayıtdı ki, sən əvvəlki Nagehansan? Mən də 1-2 saat düşündüm ki, niyə mənə bu cümlələri dedi? Məndə nə dəyişib ki? Sonra o cümləsinin doğru olduğunun fərqinə vardım. Əvvəlki Nagehan deyildim, həyat yoldaşıma əvvəlki kimi vaxt ayırmadığımı, sevgimi göstərmədiyimi, o sevgini başqa insanlara göstərdiyimi, onu gözardı etdiyimi anladım. Biz Fəridlə çox davakar cütlük olmuşuq, bunu da bir-iki dəfə sosial mediamızda bildirmişik. Xəbərlər çıxıb, amma hamısının doğruluq payı 100% olmayıb. Şükür ki, yanvarın 2-dən bu günə münasibətlərimiz çox yaxşıdır. Bir-birimizdəki əskikləri yavaş-yavaş tamamlayırıq.

- Hər iki övladınızın adının daha çox Türkiyədə istifadə edilməsi birmənalı qarşılanmır. Bəziləri deyir ki, hər iki ad Nagehanın istəyilə qoyulub...

- Qızımın adını uşaqlığımdan çox sevirəm. Əslində, Ada qoymaq istəyirdim, sonra onun adını Kumsalı xəyal etdim – sarışın, saçları uzun, rəngli gözləri olan... Ona görə Kumsal qoymaq istədim. Yamaçın adını da Fərid “Çukur” serialını izlədiyi üçün oradakı obrazın adını qoydu. Ali isə babamın adıdır. Məni uşaqlığımdan bəri o böyüdüb. Məndəki yeri fərqli olduğu üçün Yamaç Ali qoyduq. Burada türk adı – mənim daha çox sözüm keçir, istədiyim olacaq kimi şeylərdən söhbət gedə bilməz.

- Planda üçüncü övlad var?

- Həmişə iki qızım olsun istəyirdim, ona görə üçüncü uşağı planlaşdırırıq. Biri yaxın zamanlarda desə, “yox” deyərdim, amma çox yaxında ola bilər. Xəbər verərəm, ilk OLAY.az-a xəbər verərəm. Olar?

FOTO/VİDEO: Hüseyn Həsənov