Video
Video

Kikabidzedən “Bəri bax” ifası

Kikabidzedən “Bəri bax” ifası

Ötən gün “Yaşıl Teatrda” baş tutan dahi sənətkar Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsertdə Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidze də səhnə alıb. 

OLAY yazır ki, sənətçi gecədə Azərbaycanın xalq mahnısı “Bəri bax”ı da ifa edib. 

Bu anlar konsertdən maraqlı görüntülər kimi yadda qalıb. 

Qeyd edək ki, Vaxtanq Kikabidze həm də kinorejissor, ssenarist və siyasətçidir. Ukraynanın Əməkdar artisti, SSRİ Dövlət mükafatı və Gürcüstan Dövlət mükafatı laureatı olan sənətçi 2020-ci ildən 7-ci çağırış Gürcüstan parlamentinin fəal deputatıdır.