“Firuzəyə 26 ildir kömək etmişəm, həmişə yanındayam. Ona ev alıb verə bilmərəm ki... Firuzəyə normal qonorar verməsəm, mənimlə çalışmazdı. O, heç vaxt Cavanşir Məmmədovdan narazıyam” deməyib. Ev şəraiti pisdir, dövlətimiz mənzil bağışlamalıdır. Elə müğənni var ki, ona iki-üç dəfə ev verilib”.
Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov maddi çətinlik çəkən yaxın dostu, Əməkdar artist Firuzə İbadova barədə OLAY-a açıqlamasında bildirib.
C. Məmmədov həmkarına yetərincə yardım etdiyini, lakin ona mənzil almaq fikrində olmadığını vurğulayıb:
“Burada mənlik bir iş yoxdur. Kollektivdə 15-16 nəfər çalışır, hamısının da qonorarı ödənilir. Biz böyük pula gedib, oxumuruq. 3500 manat qonorar alırıq, dövlətin də vergisini veririk. Hamıya da artıqlaması ilə pul ödəyirəm. Firuzə xanım məndən narazı deyil”.
Qeyd edək ki, F. İbadova “Günün Sədası” proqramına açıqlamasında 32 kv-lik evdə yaşadığını, borclarının olduğunu bildirmişdi.
Samirə Ərəblinski